Bakıda iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə tapılıb.
Bu barədə “Report”a Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsindən məlumat verilib.
***
Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto – kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.