XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 June 2019 - 13:05

Gürcüstanda helikopter qəzaya uğrayıb:üç nəfər ölüb

Gürcüstanda Kazbeqi qəsəbəsi yaxınlığındakı dağlarda helikopterin qəzaya uğraması nəticəsində iki turist və pilot ölüb.

Bu barədə jurnalistlərə Kazbeqi meri Aleksandr Zaqaşvili məlumat verib.

Onun sözlərinə görə, helikopter xarici turistlərə xidmət edən “Aviator plyus” şirkətinə məxsus olub. Helikopter 2013-ci ildə ABŞ-da istehsal edilib.

Hələlik helikopterin qəzaya uğramasının səbəbləri məlum deyil. /Report