XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 22:21

“Ermənistanın işğalçılıq siyasəti sülh prosesini yubadır” –Zakir Həsənov

zakir-hesenov

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, regiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən müdafiə naziri Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətini diqqətə çatdırıb.

Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.