XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyun 2019 - 12:23

Baş prokurorun müavini Goranboya gedir –Qəbul

Baş prokurorun müavini Namiq Əsgərov iyunun 14-də saat 10:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında Goranboy və Xocalı rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Strateq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Goranboy rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.