XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 20:30

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Oğuz rayonunda tədbir keçirdi –FOTO

 

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Oğuz rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə kəndli-fermerlərin  məlumatlandırması layihəsi çərçivəsində bu rayonda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri və ziyalılar üçün tədbir keçirilmişdir

Strateq.az  xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən qayğıdan danışmış, “Kənd təsərrüfatı kooperasiyası haqqında “AR Qanunun qəbul edilməsini və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ciillər üçün Dövlət Proqramı”nın Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiqinin bu işin daha da vüsət almasına təkan verəcəyini bildirmişdir.O,kooperativ hərəkatının tarixi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində və iş yerlərinin yaradılmasında kooperativlərin rolu və yeri haqqında danışmışdır.

O, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün hüquqi və iqtisadi əsasların yaradıldığını, Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradənin mövcud olduğunu xüsusi vurğulamışdır. H. İsrafilov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd etmiş, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərmişdir. O, bildirmişdir ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə qədərini təmin edir.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, hüquqşünas Aydın Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında “AR Qanunun məzmununu izah etmiş, kooperativlərin qanuna uyğun yaradılması və fəaliyyəti üçün görülməli olan işlərdən danışmışdır. QHT-lərin maliyyə üzrə tanınmış ekspert Tofiq Həsənov kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlər arası əlaqələrin formalaşması üçün internet resuslarının rolu haqqında məlumat vermişdir, kooperativlərin maliyyə təminatı və kreditləşməsi ilə bağlı mexanizmlər haqqında danışmışdır. Fermerlər rayonda kənd təsərrüfat məhsullarının istehsalı ilə bağlı əldə etdikləri uğurlardan, eləcə də, qarşılaşdıqları problemlərdən danışmışlar. Diskusiya şəraitində keçən tədbirdə kooperativlərin yaranması və inkişafı ilə bağlı təkliflər irəli sürülmüşdür. İştirakçılar arasında rəy sorğusu keçirilmişdir. İştirakçılara kənd təsərrüfat kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan normativ və metodiki vəsaitlər paylanmışdır.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin əməkdaşları Fuad Rzayev və Tale Abdullayev iştirak etmişlər.