XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 08:04

Prezident və xanımı beşulduzlu otelin açılışında olub

Bu gün Bakıda “İnturist” otelinin açılışı olub.

Strateq.az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki, Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edilib ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.