XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2019 - 19:30

Şəki şəhərində fermerlər və kənd təsərrüfatı mütəxəssisləri üçün tədbir keçirilib –FOTO

“Kooperasiyanın İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının maliyyəsi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə kəndli-fermerlərin  məlumatlandırması layihəsi çərçivəsində Şəki şəhərində fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfatı mütəxəssisləri üçün ictimai dinləmə keçirilmişdir.

Strateq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şəki şəhər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Mehman Yusibov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahədə kiçik kəndli-fermer təsərrüfatlarının iriləşdirilməsi yolu ilə uğurlu, stabil və davamlı fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin rolunu qeyd etmişdir.

Rayonda bu sahədə əldə edilən uğurlardan və qarşılaşdıqları problemlərdən danışan Mehman Yusibov Kənd Təsərrüfatı Nazirliyinin kooperasiyanin inkişafı ilə bağlı həyata keçirdiyi işləri xüsusi qeyd etmişdir. M. Yusibov “Kənd təsərrüfatı kooperasiyası haqqında “AR Qanunun qəbul edilməsini və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiqini bu işin daha da vüsət almasına təkan verəcəyini bildirmişdir. “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov kooperativ hərəkatının tarixi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində və iş yerlərinin yaradılmasında kooperativlərin rolu və yeri haqqında danışmışdır.

O, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün hüquqi və iqtisadi əsasların yaradıldığını, Prezident İlham Əliyevin ortaya qoyduğu siyası iradənin mövcud olduğunu xüsusi vurğulamışdır. H. İsrafilov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd etmiş, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərmişdir. O, bildirmişdir ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə qədərini təmin edir. “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, hüquqşünas Aydın Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında “AR Qanunun məzmununu izah etmiş, kooperativlərin qanuna uyğun yaradılması və fəaliyyəti üçün görülməli olan işlərdən danışmışdır. QHT-lərin maliyyə üzrə tanınmış ekspert Tofiq Həsənov kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlər arası əlaqələrin formalaşması üçün internet resuslarının rolu haqqında məlumat vermişdir, kooperativlərin maliyyə təminatı və kreditləşməsi ilə bağlı mexanizmlər haqqında danışmışdır. Sonda iştirakçılar arasında kooperativlərin yaradılması ilə bağlı problemləri öyrənmək üçün sorğu keçirilmişdir.

Onlara öz fəaliyyətlərində zəruri olan normativ və metodiki vəsaitlər paylanmışdır.