XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

07 İyun 2019 - 18:53

“Bakı Metropoliteni”:"“Qanun” nəşriyyatından hər hansı müraciət daxil olmayıb"

“Bu günə qədər “Qanun” Nəşrlər Evindən “Bakı Metropoliteni” QSC-yə hər hansı rəsmi müraciət daxil olmayıb”.

Bunu “Report”a “Bakı Metropoliteni”nin rəsmisi Bəxtiyar Məmmədov “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun kitab satışına qadağa qoyulması ilə bağlı iddiasına münasibət bildirən deyib.

Onun sözlərinə görə, müraciət edildikdən sonra həmin yarmarkanın sərnişinlərin hərəkətinə mane olub-olmaması məsələsinə baxılacaq: “Qaydalara görə, metronun giriş-çıxışından, təxminən, 15 metr məsafədə “Bakı Metropoliteni”nin ərazisi hesab edilir. Bundan əlavə, vestibüllü çıxışı olan stansiyaların digər ərazilərində 5 metr, vestibülsüz stansiyalarda isə digər ərazilərdə 7 metrə qədər məsafə metronun ərazisi hesab edilir”.