XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 June 2019 - 20:53

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir- İyunun 18-dən

Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq.