XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 İyun 2019 - 00:29

Gömrük orqanları Qida Təhlükəsizliyi Agentliyini məlumatlandıracaq- Ölkəyə gətirilən canlı heyvanlar barədə

Nazirlər Kabineti “Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

ONA-nın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən, gömrük ərazisinə gətirilən canlı heyvanların gömrük rəsmiləşdirilməsi vaxtından asılı olmayaraq sadələşdirilmiş qaydada həyata keçirilir.

İndiyə qədər canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən baytarlıq xidmətinə məlumat verilib. Dəyişikliyə əsasən bundan sonra gömrük orqanları canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə baytarlıq xidmətinə deyil, Qida Təhlükəsizliyi Agentliyinə məlumat verəcək.