XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

08 İyun 2019 - 15:11

Bu gün paytaxtın bütün rayonlarında iməcilik keçirilir- Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə

Ölkə rəhbərliyinin yaşıllıqların mühafizəsi və Bakı şəhərinin görkəminin qorunması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq şəhərimizdə ərazilərin təmizlik-abadlığı ilə bağlı iməciliklər keçirilib.

Bu iməciliklərdən biri də Nərimanov rayonunda təşkil olunub. Rayon ərazisində bütün mərkəzi prospektlər, küçələrdə təmizlik-abadlıq işləri aparılıb.

Belə ki, rayonun Heydər Əliyev prospekti, Atatürk prospekti, Həsənoğlu, A.Neymətulla küçələrində, F.X.Xoyski prospektində, Azadlıq prospekti, Xətai prospekti, Təbriz küçəsi və digər mərkəzi küçələrdə fəaliyyət göstərən obyektlərin vitrin şüşələri təmizlənib, küçələrdə qurumuş ağaclar budanıb, mövsümi gül kolları dəyişdirilib, səkilər və ağaclar su ilə yuyulub və yaşıllıqlara aqrotexniki xidmətlər göstərilib.

Ərazidə olan yaşıllıqlara daimi qulluq göstərilməsi məsələləri rayon icra hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Aksiya çərçivəsində küçələrdə olan qanunsuz küçə ticarəti təmizlənmiş, metroların giriş-çıxışları yuyularaq təmizlənmişdir.

Bu işlər hər həftənin şənbə günləri davam etdiriləcək.

Ümumilikdə rayon ərazisində keçirilən iməcilikdə 2,5 mindən çox rayon təsərrüfatı xidməti işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələri iştirak edib(azərtac).