Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsində 3-cü turun ikinci oyun gününə start verilib.
APA-nın məlumatına görə, Azərbaycan milli komandasının mübarizə apardığı E qrupunda turun ilk görüşü başa çatıb.
Son dünya çempionatının gümüş mükafatçısı olan Xorvatiya öz meydanında Uelsi qəbul edib. Osiyekdə baş tutan qarşılaşma xorvatların qələbəsi ilə yekunlaşıb. Onlar 2:1 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, turun digər oyunu Bakıda keçiriləcək. Azərbaycan millisi Macarıstanı qəbul edəcək.
AVRO-2020-nin seçmə mərhələsi
III tur
E qrupu
17:00. Xorvatiya – Uels – 2:1
Qollar: Lavrense (ö.q.), 17, Perişiç, 48 – Bruks, 77
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Osiyek. Şəhər stadionu