Suriyanın Azez bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi bazaya hücum edilib.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, PKK/PYD terrorçularının hücumu nəticəsində türk ordusunun 1 əsgəri şəhid olub, daha 4 əsgər yaralanıb.
***
Türkiyə Müdafiə Nazirliyi keçirilən əməliyyat nəticəsində şəhidlərin qisasının alındığını açıqlayıb. /Axar.az