XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 12:41

“Rusiya ilə Azərbaycanın ticarəti üç ayda 500 milyon dolları keçib” –Mixail Boçarnikov

“Əlaqələrimiz sabit şəkildə inkişaf edir. Bu barədə heç bir şübhə yoxdur. Dostluq ab-havası var. Bütün istiqamətlərdə irəliləyirik”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir bildirib ki, ticarət ikitərəfli əməkdaşlığın əsas sahələrindən biridir.

“Rusiya statistikasına əsasən, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib. Müqayisədə üçün deyim ki, bu, keçən il 2 milyard 400 milyon dollar təşkil edib. Ticarətimiz qeyri-neft sektoru üzərində qurulub. Bura kənd təsərrüfatı, maşınqayırma və s. daxildir”, – diplomat vurğulayıb. /Report