XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

10 İyun 2019 - 23:13

Bu yollarda rənglənmə işləri aparılır- Siyahı

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bu barədə Azərtac-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.