“Bakı-Tbilisi-Qars dəmir yolu çox yaxşı layihədir və Gürcüstanın limanları ilə rəqabət aparır”.
Bunu Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib.
O deyib ki, BTQ yüklərin daşınması üçün ən yaxşı yoldur: “Yüklər Türkiyə ərazisindən keçərək İstanbul və Aralıq dənizi limanlarına qədər çatdırılır”.
G.Kobulia nazir olduğu dövrdə Gürcüstanda inşa olunması planlaşdırılan Anaklia dərin dəniz limanı ilə bağlı bir sıra sualların yarandığını bildirib. O qeyd edib ki, limanın iqtisadi əsaslandırılnası ilə bağlı təhlil aparılmayıb.
Qeyd edək ki, G.Kobulia bu ilin aprelində iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsindən azad edilib. /Report