XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 January 2016 - 07:06

“Azərbaycan Dəmir Yolları” “Standart&Poor’s” agentliyi ilə [color=red]əməkdaşlığı dayandırıb

demir yol.jpg

"Azərbaycan Dəmir Yolları" QSC “Standart&Poor’s” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.

 “APA-Economics”in verdiyi xəbərə görə, “Standart&Poor’s” "Azərbaycan Dəmir Yolları" QSC-nin reytinqini şirkətin öz istəyi ilə geri çağırıb.

 Qeyd edək ki, reytinq agentliyi 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə "neqativ" səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyinin icrasını 3 gün gecikdirməsi olub.