XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 June 2019 - 20:58

DGK və BMT İnkişaf Proqramı arasında saziş imzalandı –FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Strateq.az DGK-nə istinadla bildirir ki, görüşdən sonra DGK ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb.

Sənədi Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi A.Frakassetti imzalayıblar.