XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 İyun 2019 - 13:12

Səfayə Əhmədova Səhiyyə Nazirliyindəki işindən ayrıldı

Daha bir nazirliyin mətbuat xidmətində dəyişiklik baş verib. Modern.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova işdən ayrılıb.

S.Əhmədova Modern.az-a faktı təsdiqləyib və hazırda heç bir yerdə çalışmadığını bildirib.

Qeyd edək ki, Səfayə Əhmədova Ucar rayonunda doğulub. Orta təhsilini Ucar rayonu 2 saylı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetininin Filologiya fakültəsinə daxil olub. Daha sonra təhsilini İqtisad Universitetinin Maliyyə fakültəsində davam etdirib. “Ekspress” qəzetində, “Samanyolu” Televiziyasının Bakı bürosunda, BURÇ FM və “Space” radiolarında, “Lider Media” Holding-də işləyib. 2006-cı ildən Səhiyyə Nazirliyini mətbuat xidmətində çalışırdı. Ailəlidir, 2 övladı var.