“Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz”.
Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya 1-5 hesablı məğlubiyyətlə bağlı az əvvəl “Feysbuk”dakı səhifəsində yazıb.
O, eyni zamanda bildirib ki, məğlubiyyətdən çox üzülüb, lakin oyundan sonra müsahibə verərkən ağlamayıb: “Mən tərimi silirdim”.