“BakuBus” MMC-nin 5 nömrəli avtobuslarının marşrut xəttində müvəqqəti dəyişiklik edilib.
Bu barədə “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından hal-hazırda 5 nömrəli avtobuslar JW Marriott Abşeron otelin arxasından – Rixard Zorge küçəsi ilə hərəkət edir.