XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyun 2019 - 18:23

Nazir federasiya prezidenti seçildi –Naxçıvanda

Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

Strateq.az xəbər verir ki, bununla bağlı bu gün federasiyanın yığıncağı keçirilib.

Yığıncaqda iclasın gündəliyində duran məsələyə əsasən federasiyanın sədri müəyyən olub. Gənclər və İdman naziri Azad Cabbarovun Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb.

Təklif yekdilliklə qəbul olunub və o, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.