XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

14 İyun 2019 - 20:30

Qobustan Dövlət Qoruğundakı yanğın söndürülüb- FHN-dən açıqlama

Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.