XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 06:22

Üç ölkə Şimali Koreyaya [color=red] qarşı birləşdi

obama sayiq.jpg

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın hidrogen bombasını uğurla sınaqdan çıxarılması ilə bağlı yaydığı məlumata birgə reaksiya verəcəklər. Bu barədə ABŞ prezidenti Barak Obama administrasiyası məlumat  yayıb.

Məlumatda bildirilir ki, Obama Cənubi Koreya prezidenti Pak Kın Xe və Yaponiyanın Baş naziri Sindzo Abe ilə telefon danışıqları aparıb.

Obama ABŞ-ın regionda təhlükəsizliyin təmin olunması ilə bağlı öhdəliklərinə sadiq qalacağını açıqlayıb və Pxenyanın bu addımın; sərt tənqid edərək, “ağılsızlıq”  adlandırıb. Hər üç ölkə rəhbərlərinin fikrincə, Şimali Koreya öz üzərinə götürdüyü öhdəlikləri pozub.

Hər üç ölkə Şimali Koreyanın yeni nüvə sınağına “güclü cavab” hazırlamaq barədə razılığa gəliblər.

Danışıqların nəticəsi ilə bağlı Cənubi Koreya prezidenti də açıqlama yayıb.  Onun sözlərinə görə, prezident Obama Pxenyana qarşı hərətəfli və sərt sanksiyaların qoyulması zərurətindən danışıb.

Dünən Şimali Koreya hidrogen bombasını uğurla sınaqdan keçirdiyini açıqlayıb. Bu bomba hazırlanması daha mürəkkəb texnologiya tələb edir və onun partlayış gücü uran və plutonium bombasının gücündən çoxdur.

Bununla belə, bir çox ekspertlər Pxenyanın bu barədə açıqlamasını növbəti blef hesab edirlər. Bu barədə dəqiq məlumatlar əldə edilməsi isə çox vaxt apara bilər.

BMT Təhlükəsizlik Şurası da Şimali Koreyanın bu addımını pisləyib.

Strateq.az