XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2019 - 16:17

Ağdamda 120 kq yararsız ət müsadirə olundu –Açıqlama

Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib, araşdırmalar aparılır.