XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2019 - 20:53

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı 5-ə enib- Adlar

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

“Report”un məlumatına görə, səpələnmişlər sırasında yer alan Azərbaycan təmsilçisinə “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya) və ya “Saburtalo” (Gürcüstan) komandalarından biri rəqib olacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.