XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2016 - 09:16

Kolumbiyalı diplomat [color=red]Bakı ilə vidalaşdı

kolumbiya sefir.jpg

Azərbaycandakı diplomatik  fəaliyyətinin başa çatması ilə bağlı Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Assad Xose Xater Penya bu gün jurnalistlərlə son görüşünü keçirib. Ölkələrimiz arasındakı əlaqələrin 20 ildən artıq mövcud olduğunu xatırladan müvəqqəti işlər vəkili bildirdi ki, Kolumbiya Azərbaycanla əlaqələrinin  genişlənməsində maraqlıdır.

Bakıda Kolumbiya səfirliyinin 2014-cü ildə açıldığını vurğulayaraq dedi ki, son bir ildə təhsil və mədəni sahələrdə müxtəlif proqramlar həyata keçirilib: “Ticari və investisiya sahələrində addımlar atılsa da, irəliləyişlər olmayıb və ümid edirəm ki, bunun  mənfəətini gələcəkdə görəcəyik”. 

Müvəqqəti işlər vəkili əlavə etdi ki, Kolumbiya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir, ölkələrin regionları arasındakı əlaqələrin inkişaf etdirilməsində maraqlıdırlar. Bildirdi ki, ölkəsi Azərbaycana ət məhsulları, gül istehsalı etmək, tikinti və texniki materialları, xüsusən də dünyada məşhur olan Kolumbiya qəhvəsinin gətirilməsində maraqlıdır.

Onun sözlərinə görə, hər iki ölkə arasında turizmi inkişaf etdirmək üçün baza mövcuddur. Kolumbiyaya getmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələb olunmur.

Azərbaycanda olduğu iki il ərzində qonaqpərvərliyimizdən razı olduğunu deyən Assad Xose Xater Penya Qafqaz regionu onun üçün həmişə maraqlı olub.

L.SƏMLA