XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 İyun 2019 - 18:12

Elbay Qasımzadə:"Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı layihə hazırlanıb"

“Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı layihəni hökumətə təqdim etmişik”.

Bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, Memarlar İttifaqı üzərinə düşən vəzifəni yerinə yetirib: “Sərhədlər haqqında məlumat verə bilmərəm, çünki hələ təsdiqlənməyib. Təsdiqləndikdən sonra yəqin ki, hamı biləcək. Sərhədlərin dəyişməsi Milli Məclisin səlahiyyətidir. Milli Məclis baxıb sərhədləri dəyişməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşdə Elbay Qasımzadə Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyənləşdirilməsini istəmişdi.  /Report