XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 İyun 2019 - 17:26

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq” –Qurban Qurbanov

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq”. 

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması nəticəsində rəqib olduqları Albaniya “Partizani”si barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, Albaniya klubları çox intizamlı oyun göstərirlər: “Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq”.