XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 January 2016 - 14:17

37 əməkdaş məsuliyyətə cəlb olunub, 7-si xaric edilib -[color=red] Baş Prokurorluqda əməliyyat müşavirəsi

"Prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilib".

Strateq.az xəbər verir ki, bu məlumat Baş Prokurorluqda bu gün keçirilən əməliyyat müşavirəsində açıqlanıb.

Müşavirə zamanı qeyd edilib ki, Baş Prokurorluğun rəhbərliyinin göstərişi əsasında 2016-cı il yanvarın 6-da Bakı şəhəri Nəsimi rayonu, Sumqayıt şəhəri və Qubadlı rayon prokurorluqlarında daxili nizam-intizam qaydalarına riayət edilməsi və işə davamiyyət vəziyyəti yoxlanılarkən xidməti və əmək intizamının kobud pozuntusu hallarına yol verdiklərinə görə 2 əməkdaş prokurorluq orqanlarından xaric edilib. 

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.