XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

21 İyun 2019 - 14:33

İcra başçısı:"Azərbaycandan olan iş adamlarını Marneuliyə dəvət edirəm"

“Bu gün Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda sərmayə qoyuluşu üçün çox yaxşı şərait var. Azərbaycandan olan iş adamlarını Marneuliyə dəvət edirəm”.

Bunu Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Dargallı Tbilisidə keçirilən 8-ci Caspian Energy Forumunda bildirib.

O deyib ki, Marneuli rayonu turizm, kənd təsərrüfatı və sənaye üçün çox geniş imkanlara malikdir: “Rayonda əlverişli investisiya mühiti var. Azərbaycandan olan iş adamları istədikləri sahəyə sərmayə qoya bilərlər”.

Report