XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

05 May 2015 - 14:10

Azərbaycanlı deputata yeni vəzifə verildi

Azərbaycanlı Roman Nəsirova Ukraynada vəzifə verilib.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, Ukraynanın Nazirlər Kabineti növbədən kənar yığıncaq keçirib. İclasda Roman Nəsirov Dövlət Fiskal Xidmətinin başçısı təyin edilib.

Roman Mixail oğlu Nəsirov 3 mart 1979-cu ildə anadan olub. 2000-ci ildə çerniqov Dövlət İnstitutunda “Maliyyə” ixsisası üzrə ali təhsilini başa vurub. 2001-ci ildə T.Şevçenko adına Kiyev Milli Universitetində ikinci ikinci ali təhsilini almağa başlayıb. 1994-1995 illərdə fövqəladə hadisələr üzrə menecer işləyib.

Azərbaycanlı “Qalnaftoqaz” Qapalı Səhmdar Cəmiyyətində 1995-2000 ildə direktor müavini vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib.

Roman Nəsirov ailəlidir və iki uşağı var.