Kürdəmir rayonunda elektrik dirəyi aşıb, yonca və taxıl sahələri yanıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb.
Hadisə yerinə Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın nəticəsində kənd sakinləri – Ömürağa Yunus oğlu Abdullayev və Mirzə Məmmədkərim oğlu Kərimova məxsus 2 hektar yonca və 1 hektar biçilmiş və götürülməmiş taxıl sahəsi yanaraq külə dönüb.
Yanğın söndürülüb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.