XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2019 - 10:30

AMEA bakalavrlara müraciət etdi:"Qeydiyyatdan keçin"

2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Bu barədə açıqlama AMEA-dan verilib.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;

– Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;

– Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti – 2 nüsxə;

– 3×4 ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

– Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

– Təhsil haqqından azad olmaq hüququna malik olanlar müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqini.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyun ayının 27-dən iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatınınElm və təhsil baş idarəsininMagistratura şöbəsindəaparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.