XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2016 - 06:42

Bakıda ər və arvad [color=red]yanaraq öldü

Bakı şəhəri, Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın çoxmənzilli yaşayış binasında qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.