XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2019 - 16:32

Gürcüstan rəsmisindən Putinə cavab:"Bizim vəzifəmiz ölkəmizin suverenliyini müdafiə etməkdir"

Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana uçuşlara qadağa qoymasına münasibət bildirib.

Xüsusi nümayəndə hazırda təhlilin aparılması məqsədilə həmin qərarla bağlı ətraflı informasiya toplandığını deyib.

Z.Abaşidze söyləyib ki, təhlildən sonra məsələ ilə bağlı ətraflı şərh veriləcək: “Bizim əsas vəzifəmiz ölkəmizin suverenliyini və hər bir vətəndaşın marağını müdafiə etmək və ciddi məsələlər üzrə tələsik qərarlardan çəkinməkdir”.

O, Gürcüstan və Rusiya arasında 2012-ci ildən danışıqların aparıldığı Abaşidze-Karasin formatına yenidən baxılacağını istisna etməyib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.  /Report