XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 İyun 2019 - 18:17

Rusiya vətəndaşları petisiya yaradıblar:"Gəlin, xalqlara dostluq münasibətlərini davam etdirməyə imkan verək"

Rusiya vətəndaşları Gürcüstanla hava əlaqəsinin saxlanılması tələbi ilə petisiya yaradıblar.

www.change.org saytında yerləşdirilən petisiyanı bu vaxta qədər 3760-dan çox Rusiya vətəndaşı imzalayıb.

Rusiya Prezidenti Vladimir Putinə ünvanlanan müraciətdə bildirilib ki, Gürcüstanda mitinqlərin keçirilməsi ölkə vətəndaşlarının öz hüququdur: “Rusiya vətəndaşları Gürcüstanda təhlükəsizlikdə olduğundan Rusiya və Gürcüstan arasında hava əlaqəsinin dayandırılmaması xahiş olunur. Gəlin, xalqlara dostluq münasibətlərini davam etdirməyə imkan verək və bu və ya digər ölkəyə səfərlə bağlı qərar hüququnu insanların özlərinə buraxaq”.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib. /Report