XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2019 - 21:50

Krım-Bakı avtobus reysi açılıb? –Açıqlama

Bəzi Rusiya KİV-ləri xəbər yayıblar ki, Krımdan Bakıya avtobus reysi açılıb. Məlumat “Krımavtotrans” müəssisəsinin rəhbəri İqor Korobçuka istinadən verilib.

Virtualaz.org xəbər verir ki, İ.Korobçukun sözlərinə görə, reys həftədə bir dəfə yerinə yetirilir və hələlik qeyri-müntəzəmdir, yalnız tələbat öyrənildikdən sonra reyslərin sayı dəqiqləşəcək.

Bu məlumat yayıldıqdan sonra Azərbaycan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi onu təkzib edib. Qurumun mətbuat xidmətindən redaksyamıza bildirilib ki, Bakı – Krım (Simferopol) müntəzəm avtobus reyslərinin açılması barədə razılaşma haqqında deyilənlər həqiqətə uyğun deyil.