Türkiyənin tanınmış aktyoru Enis Fosforoğlu vəfat edib.
71 yaşlı aktyor infarkt səbəbindən evində həyatını itirib.
“Ha babam sinfi sinifdə qaldı”, “Qurdlar vadisi Pusu”, “Arxa küçələr” və bir çox məşhur film, tamaşa, seriallarda rol alan “Yaşıl şam”ın tanınmış aktyoru teatr rəhbəri, sennarist, rejissor kimi də fəaliyyət göstərib.
Aktyor sabah İstanbulda dəfn olunacaq. /APA