Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov yanvarın 21-də saat 10:00-da Şəmkir rayon şöbəsinin inzibati binasında Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.
Qurumdan Azərtac-a bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.