Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində 32 hərbçi saxlanılıb.
Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.
Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.
Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin sıralarından 1076 hərbi qulluqçu xaric edilib. /Trend