XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 İyun 2019 - 10:24

“Azərişıq”da “ASAN xidmət”lə İş İdarəsi ləğv edildi –Yeni qurum yaradıldı

“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi ləğv edilib. 

Onun əvəzinə “Asan Xidmət”lə iş və Elektron İdarəetmə Departamenti yaradılıb.

Yeni departamentə elə ləğv edilmiş idarənin rəisi Elsevər Rüstəmli rəhbərlik edəcək.

Məsələ ilə bağlı “Report”a açıqlama verən səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yeni yaradılan strukturun daha funksional olacağını açıqlayıb: “Bu departament idarə ilə müqayisədə daha geniş səlahiyyətlərə malik olacaq, fərdi abunəçilərlə yanaşı kiçik və orta biznes subyetləri ilə işləyəcək”.