XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2019 - 14:16

“Havanın temperaturu daha da qalxacaq” –Nazirlikdən xəbərdarlıq

“Respublikanın rayonlarında, xüsusən də Aran rayonlarında da yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində davam edəcək”.

Strateq.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, iyunun 29-dək ölkə ərazisində havanın temperaturu çox illik norma göstəricilərindən yüksək olacaq.