XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2016 - 15:04

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinə nəzarət güclənir[color=red] – Yeni sənəd

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli mübarizə sisteminin effektivliyinin yüksəldilməsi məqsədilə "Müsadirə və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasına dair ən yaxşı təcrübə" sənədi hazırlayıb.

Maliyyə Monitorinq Xidmətindən Azərtac-a bildiriblər ki, bu sənəddə əksini tapmış qətimkan tədbirləri və müsadirə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə sisteminin vacib elementlərindəndir. Metodoloji sənəddə cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi, sübutetmə yükü, müsadirə edilmiş əmlakın idarə edilməsi və beynəlxalq əməkdaşlıq ilə bağlı digər dövlətlərdə mövcud olan ən yaxşı təcrübə və bu sahədə beynəlxalq standartlar izah olunur.

Sözügedən metodoloji sənəd Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti rəsmi internet səhifəsində http://www.fiu.az/aze/metodologiya/ linkində yerləşdirilib.