XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 January 2016 - 15:16

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti [color=red]məhdudlaşdırılacaq

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin rahat və maneəsiz şəkildə təmin edilməsi məqsədi ilə yanvarın 9-dan aparılacaq cari təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib ki, Ziya Bünyadov prospektində, “20 Yanvar dairəsi”ndən Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsünün girişinədək olan hissəsinin sol kənarda yerləşən 2 hərəkət zolağı ilə, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunun Natavan küçəsi ilə kəsişməsinədək (Biləcəri enişi) olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qısa müddətlik məhdudlaşdırılacaq. İşlərin səhər saat 9:00-dan axşam saatlarınadək aparılması planlaşdırılır.

Yaranacaq müvəqqəti narahatlığa görə “Azəryolservis” ASC sürücülərdən üzr istəyir.