Yanvarın 10-da İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” İstanbul-Bakı aviareysini təxirə salıb.
Bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə, yanvarın 10-da İstanbul Atatürk Aeroportundan həyata keçirilməsi nəzərdə tutulan 31 aviareys müvəqqəti olaraq təxirə salınıb.
Təxirə salınan aviareyslər arasında İstanbul-Brüssel, İstanbul-Batumi, İstanbul-Budapeşt və İstanbul-Napoli də var.