XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 June 2019 - 18:25

Tunisin 92 yaşlı prezidenti vəfat edib

Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsi vəfat edib.

Bu barədə “İnterfax” xəbər verib.

Bundan əvvəl 92 yaşlı dövlət başçısı hərbi hospitala yerləşdirilmişdi.

Qeyd edək ki, Beji Kaid əs-Sebsi respublikanın ilk prezidenti Həbib Burgiba dövründə xarici işlər naziri işləyib. 2014-cü ildə dövlət başçısı seçilən mərhum prezident bu il keçiriləcək prezident seçkilərində namizəd olmayacağını, ölkəyə daha gənc şəxsin rəhbərlik etməsinin vacibliyini bildirmişdi.