XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 İyun 2019 - 21:16

Azərbaycan güləşçisi final qarşılaşmasına çıxmayacaq –“Minsk 2019”da arzuolunmaz hal

Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev (97 kq) “Minsk 2019” II Avropa Oyunlarında final qarşılaşmasında iştirak etməyəcək. 

Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna səbəb idmançının yarımfinalda ciddi xəsarət almasıdır.

Həkimlərin tövsiyəsinə əsasən, N.Hacıyev Abdulrəşid Sadullayevlə (Rusiya) final qarşılaşmasına çıxmayacaq. Beləliklə o, yarışın gümüş medalı ilə kifayətlənəcək.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçi Hacı Əliyev (65 kq) finalda Vladimir Xinçeqaşvili ilə (Gürcüstan) qarşılaşacaq.