XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

27 İyun 2019 - 20:48

Avropa Oyunları:qadın güləşçilərimiz iki qızıl, iki bürünc medal qazanmaq şansı əldə ediblər

Azərbaycanın daha bir qadın güləşçisi Sabirə Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

Strateq.az “Report”a istinadla bildiirr ki, 76 kq çəki dərəcəsində yarışan idmançı almaniyalı Frensi Raedeltlə ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Əliyeva bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) və Elmira Qəmbərova (62 kq) final görüşünə vəsiqəni təmin edib. Onlar həlledici dueldə müvafiq olaraq ukraynalı idmançılarla – Oksana Livaç və Yuliya Tkaçla güləşəcəklər.

1/4 finalda məğlub olan Alyona Kolesnik (57 kq) rəqibi finala çıxdığı üçün təsəlliverici görüşlərdə iştirak edəcək. Medal görüşləri sabah keçiriləcək.