XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 İyun 2019 - 10:00

Gürcü nazir:"Polis əməkdaşları məcburiyyət qarşısında qalaraq qanuni şəkildə güc tətbiq ediblər"

Gürcüstanın Daxili İşlər naziri Giorgi Qaxaria iyunun 20-dən 21-nə keçən gecə Tbilisidə keçirilən aksiya və polisin bu aksiyanı güc tətbiq etməklə dağıtması məsələsinə münasibət bildirib.

İyunun 20-də Tbilisidə baş verənlərə görə məsuliyyət daşıdığını deyən nazir qeyd edib: “Tbilisidə iyunun 20-də baş verənlərə görə – başlanğıcdan sona qədər mənim məsuliyyətim olub və mən bundan qaçmıram”.

Canlı yayımda jurnalistlərin suallarını cavablandıran nazir bu gün də cəmiyyətdə baş verənlərə görə məsuliyyət daşıdığını deyib: “Polis əməkdaşları dövlət institutunu, ictimai asayişi qoruyurdular. Onlar məcburiyyət qarşısında qalaraq qanuni şəkildə güc tətbiq ediblər”. /Azərtac